Könül Nurullayeva seçicilərinin qayğı və problemləri ilə maraqlanıb

Könül Nurullayeva seçicilərinin qayğı və problemləri ilə maraqlanıb 

Millət vəkili K.Nurullayevanın Nizami rayon seçiciləri ilə səyyar görüşləri mütəmadi olaraq davam edir. Iyulun 21-də Milli Məclisin deputatı Könül Nurullayeva Nizami Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirov ilə birlikdə Naxçivanski küçəsi 55, 59, 61, 63 və 67 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik çətinliklər ilə maraqlanıb.

Sakinləri narahat edən problemlərin aidiyyatı üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib. 

Faktinfo.az-a deputat K.Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, qaldırılan məsələlər əsasən məhəllələrə oturacaqların qoyulması, yaşayış binalarının zirzəmi qatının kanalizasiya sularından təmizlənməsi məqsədiylə əsaslı təmiri, binaların yarasız vəziyyətə düşmüş dam örtüyünün yenilənməsi, bina ətrafındakı qanunsuz dayanacaqların yığışdırılması və binaların zirzəmi qatına girişi təmin etmək məqsədilə dəmir qapıların qoyulması ilə bağlı olub. 

Könül Nurullayeva növbəti səyyar görüşü çərçivəsində 

Səyyar görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb. 

Könül Nurullayeva seçicilərinin qayğı və problemləri ilə maraqlanıbKönül Nurullayeva seçicilərinin qayğı və problemləri ilə maraqlanıbKönül Nurullayeva seçicilərinin qayğı və problemləri ilə maraqlanıbKönül Nurullayeva seçicilərinin qayğı və problemləri ilə maraqlanıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi