KORONAVİRUS araşdırması bitdi

KORONAVİRUS araşdırması bitdi - Dəhşətli detallar üzə çıxdı

Alimlər insanları koronovirusun qorxunc detallarını açıqlayıb.

Medicina.az xəbər verir ki, beynəlxalq elmi işçi qrupu tərəfindən aparılan bir araşdırmada, yeni növ koronavirusun (covid-19) təbii mənşəli olduğu və sırf təkamül yolu ilə meydana gəldiyi qənaətinə gəlinib.

"Nature Medicine" jurnalında dərc olunan nəticəyə görə, covid-19 ilə əlaqəli ümumi genom ardıcıllığı məlumatları və oxşar virusların geniş təhlil edildiyi, nəticədə, virusun süni şəkildə və ya laboratoriya şəraitində istehsal edildiyinə dair iddiaların sübuta yetirilmədiyi bildirilib.



Tədqiqatda kovid-19-un reseptorlarını bağlayan sahənin, insan hüceyrələrinin müəyyən bir molekulyar xüsusiyyətini hədəf alması üçün inkişaf etdiyi aşkar edilib və tədqiqat qrupu bu inkişafın genetik mühəndisliyin deyil, təbii seçmənin nəticəsi olduğuna inanıb.



Yeni bir növ koronavirusun inkişaf qabiliyyətinin çox təsirli olduğu vurğulanıb. Bilim adamlarının, müasir elmin belə bir "canavar" yaratmasının qeyri-mümkün olduğu qənaətinə gəlinib.



Tədqiqatçılar Kovid-19-un insanlara ötürülməsinin yarasa kimi qeyri-insani bir varlıqda təbii seçmə yolu ilə inkişaf edib, sonra insanlara keçdiyini və ya bəlkə də patogen olmayan virusun yalnız insanda mövcud olan ölümcül formaya keçə biləcəyi vurğulanıb.



Bu mərhələdə iki ssenaridən hansının gerçəkləşəcəyinin proqnozunu verməyin imkansız olduğunu bldirən elm adamları, virusun tam inkişaf etmiş forması ilə insanlara ötürülməsi nəzəriyyəsinin "gələcəkdə daha çox yayılması" ehtimalının artıracağı xəbərdarlığını ediblər.



Araşdırmada Kolumbiya Universiteti, Edinburq Universiteti və Sidney Universitetinin tədqiqatçılarının iştirak etdikləri bildirilib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi