Koronavirusdan ölənlərin sayı durmadan artır

Koronavirusdan ölənlərin sayı durmadan artır 

Çində yeni növ koronavirusa yoluxanların sayı 68,5 min nəfərə çatıb.

Bu barədə Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu virusa yoluxanlardan 1665 nəfəri ölüb, 9419 nəfəri isə sağalıb.

Hazırda 57416 nəfər xəstədir, onlardan 11272 nəfərinin vəziyyəti ağırdır.

Son sutka ərzində 2009 yeni yoluxma halı, 142 ölüm halı qeydə alınıb, 1323 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi