"Koronavirusun isti havada yoxa çıxacağı iddiası əsassızdır" - ÜST

"Koronavirusun isti havada yoxa çıxacağı iddiası əsassızdır" - ÜST 

Koronavirus isti havada da yayıla bilər. Virusun yayadək yayılmasının dayanması az ehtimal edilir”.

Report.az CNBC-yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə səhəsi üzrə fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan İsveçrənin Cenevrə şəhərində keçirilən brifinqdə deyib. “Biz qəbul etməliyik ki, virus yayda da yayılmaq qabiliyyətini itirməyəcək. Mövsümi qrip kimi koronavirusun da yayda yoxa çıxacağı iddiası əsassızdır. Biz ümid edirik ki, bu baş verəcək. Bu bizim üçün gözlənilməz uğur olardı, ancaq heç bir sübut olmadan indidən bununla bağlı fikir yürütmək istəmirik”, - direktor bildirib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 242-ə çatıb. Bunların 57 624 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi