KORONAVİRUSUN QƏSDƏN YAYILDIĞI TƏSDİQLƏNİR

KORONAVİRUSUN QƏSDƏN YAYILDIĞI TƏSDİQLƏNİR - Şok görüntülər yayıldı

Dünyada artıq 200 mindən çox adamın ölümünə, 3 milyona yaxın adamın yoluxmasına səbəb olan koronavirusun Çinin Uhan şəhəri ətrafındakı Milli Biotədqiqatlar İnstitutunun labaratoriyasından yayıldığına dair daha bir sensasion məlumat yayılıb.

Bu dəfə ortaya çıxan görüntülər virusun həmin labaratoriyadan təsadüfən ətrafa sızmadığı, labaratoriyanın əməkdaşı tərəfindən qəsdən yayıldığı barədə iddialara səbəb olub.

Belə ki, Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, hakerlər Ümumdünya Səhiyyə Təşkilatının, Bill Geyts Fondunun və ABŞ Səhiyyə Nazirliyinin serverlərinə hücum edərək 25 min elektron poçt ünvanını ələ keçiriblər. Hakerlərin ələ keçirdiyi elektron yazışmalar virusun Uhandakı labaratoriyadan qəsdən yayıldığı barədə iddiaları yenidən gündəmə gətirib.

Virusoloq Zhengli Shi, Uhan, 2017

Hakerlərin ələ keçirdiyi məlumatlar arasında Uhan labaratoriyasının əməkdaşı, doktor Zhengli Shi-nin görüntüləri yer alır. Videomüşahidə kameralarının çəkdiyi görüntülərə əsasən 2019-cu il oktyabrın 19-da Zhengli Shi iş yerinə, yəni Uhan labaratoriyasına doğru gedərkən yolüstü dəniz məhsulları satılan qapalı bazara baş çəkir. Və əlindəki bir torba buzu bazarın ventilyasiya sisteminə boşaldır.

Həmin bazarın Çinin yüksək sürətli qatar xətti yaxınlığında yer aldığı bildirilir, bazarın ventilyasiya sistemi isə qatardan istifadə edən sərnişinlərə birbaşa təsir edir.

Bəllidir ki, virusların canlı qalması üçün onların yer aldığı nümunələri buz dolu qablarda saxlayırlar.

Qeyd edək ki, koronavirusun Çinin Uhan bioloji tədqiqatlar labaratoriyasında hazırlandığı və oradan ətrafa sızdığı haqda indiyədək çoxsaylı məlumatlar, o cümlədən mötəbər mütəxəssislər tərəfindən rəylər açıqlanıb. Həmin labaratoriyada yarasa koronavirusu üzərində eksperimentlər aparıldığı ötən ilin sonlarında Çin rəsmi mediası və televiziyası tərəfindən fəxrlə təqdim edilmişdi. Bu reportajlardan cəmi bir neçə həftə sonra Uhanda koronavirusdan ilk ölümlər qeydə alınmağa başlayıb.

Hazırda ABŞ başda olmaqla bir sıra Qərb ölkələri Çinin virusun yayılmasına görə cavab verməli olacağını bəyan edirlər.

Həmin görüntülərdəki doktor Şi Çjenli (She Zhengli) Uhan labaratoriyasının yüksək rütbəli əməkdaşıdır və koronavirusu onun yaydığına dair digər məlumat o cümlədən Çinin nüfuzlu hərbi saytı Xilu.com-da üç gün əvvəl yer alıb. Orada bildirilir ki, Uhan koronavirusunu Şi Çjenli ətrafa buraxıb və hazırda bu virus nəzarətdən çıxıb. Saytda bildirilir ki, virus labaratoriyada bioloji silah kimi işlənib hazırlanırdı.

“The Sun” qəzeti isə yazır ki, “Yarasa qadın” kimi tanınan həmin doktor Şi Çjenli dünyada koronaviruslar üzrə ən nüfuzlu tədqiqatçılardan biri hesab edilir. O, Uhan labaratoriyasında uzun müddət yarasa koronavirusları üzərində tədqiqat aparıb.

Bildirilir ki, 2019-cu ilin dekabrında Uhanda yeni növ koronavirusun insanlar arasında yayılmağa başladığını görən hakimiyyət onu labaratoriyaya geri çağırıb. Şi Çjenlinin komandası müəyyən edib ki, insanlar arasında yayılan virus məhz yarasa koronavirusları ilə əlaqəlidir. Lakin tezliklə-yanvarın 2-də onu həbs ediblər. Uhan labaratoriyasının direktoru isə dərhal bütün əməkdaşlara elektron məktub göndərib ki, yeni növ virus haqda heç kim heç nə danışmasın./Virtualaz.org

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi