“Kreml artıq danışıqlardan söz açırsa,Putin Ukrayna hərbçilərinə müraciət edirsə,demək... "

“Kreml artıq danışıqlardan söz açırsa,Putin Ukrayna hərbçilərinə müraciət edirsə,demək... " -Aleksey Arestoviç

Kremldə Ukraynaya hücum planından imtina meyilləri başlayıb.

Belə bir iddia ilə Ukrayna PA-nın baş müşaviri Aleksey Arestoviç çıxış edib.

“Kreml artıq danışıqlardan söz açır, kadırovçuların dəhşətindən bəhs edir və Ukrayna hərbçilərinə müraciət edir (Putinin Ukrayna hərbçilərinə müraciəti nəzərdə tutulur – red.). Beləliklə, onların qan itirməsinə səbəb olduq”, - Arestoviç bildirib.

Onun sözlərinə görə, bu keyfiyyətlə hərbi yolla planlaşdırdıqları kampaniyanın nəticələrinə nail ola bilməyəcəklərini başa düşüblər:

“Ümumiyyətlə, Kremldə bir “ənənə” var: əgər onlar “kadırovçular”dan danışmağa başladılarsa, demək, uduzduqlarını anlayırlar. Amma davamı da olacaq, Vladimir Vladimiroviç, davamı da olacaq - məhz əsl Ukrayna hərbçilərindən”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər