"Krım tarixi sahiblərinə qaytarılmalıdır" -

"Krım tarixi sahiblərinə qaytarılmalıdır" - Ərdoğan

“Əgər tərəflər arasında sülh təmin olunacaqsa, alınan yerlərin geri qaytarılması önəmlidir”

Report.az “TRT haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika mətbuatına müsahibəsində deyib.

“İstənilən, gözlənilən elə budur. Bu mövzuda cənab Quterreşin (BMT-nin Baş katibi Antoniu Quterreş – red.) atdığı addımlar da var. Bizim atdığımız addımlar da var. Bu addımlarla birgə qaytarılmanın təmin olunması, həqiqətən, işimizi asanlaşdırar”, - dövlət başçısı bildirib.

Eyni zamanda Krımın işğalı məsələsinə toxunan Türkiyə lideri bu yarımadanın tarixi sahiblərinə qaytarılmalı olduğunu vurğulayıb: “Krım tarixi sahiblərinə qaytarılmalıdır. Oradakılar bizim soydaşlarımızdır. Belə bir addımın atılması həm bizim, həm Ukraynanın, həm də Krım tatarlarının xeyrinədir. Amma təəssüf ki, indiyədək hansısa addım atılmayıb”.

O, savaşda tərəf tutmadığını da qeyd edib: “Rusiyanın, yoxsa Ukraynanın daha üstün olduğunu düşünmürəm. Yeganə arzumuz bu müharibənin sülhlə başa çatmasıdır. Cənab Putinə də, Zelenskiyə də tövsiyəm, onlardan xahişim budur. İnsanların ölümü ilə nəticələnən müharibənin qalibi olmaz. İndiyədək Ukraynadan 3 milyona yaxın taxıl ixrac olunub. Taxıl ixracı məsələsində yeganə arzum məhsulların inkişaf etmiş yox, az inkişaf etmiş və ya kasıb ölkələrə taxıl daşınmasıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi