"Laçın azaddır, növbədə Zəngəzur dəhlizinin açılmasıdır”

"Laçın azaddır, növbədə Zəngəzur dəhlizinin açılmasıdır” -Kamaləddin Qafarov

Tarixi Azərbaycan torpaqlarının azad edilməsi yönündə bir-birindən xoş xəbərlər alırıq.

 44 günlük müharibədən sonra 30 illik işğala son qoyan “Dəmir yumruq” fəaliyyətini davam etdirir. Müzəffər Ali Baş Komandan xalqa verdiyi sözünü tutur, təmkinlə, siyasi və diplomatik yolla torpaqlarımızın azad edilməsi uğrunda fəal mübarizə aparır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.

Faktino.az xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov söyləyib.

“Bu gün də tariximizə qızıl hərflərlə yazılan gün kimi yaddaşlara köçdü. İndi Laçın da azaddır, şəhərin üzərində Azərbaycanın üçrəngli bayrağı vüqarla dalğalanır. Erməni qəsbkarları prosesi min bir bəhanə ilə uzatmağa çalışslar da “Dəmir yumruq” və “Qisas” əməliyyatı öz sözünü dedi. Laçın çox əlverişli strateji məntəqə, bizim dədə-baba torpağımızdır. İşğala qədər olan müddətdə bu şəhərdə və onun kəndlərində erməni əhalisi olmayıb. 1992-ci ildə zorla sürgün edilmiş, əzablara düçar olmuş vətəndaşlarımız yaxın vaxtlarda öz doğma yurdlarına qayıdacaq və bu torpağın əzəli sahibləri olduğunu bütün dünyaya sübut edəcəklər. Zaman cənab Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli siyasətinin, strategiyasının düzgün olduğunu bir daha sübut elədi. Məhz onun siyasəti sayəsində bir damla qan tökülmədən Azərbaycan bayrağı yenidən Laçında dalğalanır. Cənab Prezidentin xalqa bu xüsusda təbriki və müraciəti insanı qürurlandırır. Cənab Prezident hər zaman dediyi kimi, nəyi, nə zaman edəcəyini yaxşı bilir. Praqmatik, ardıcıl, düşünülmüş siyasət bəzən bir ordudan çox iş görür. Cənab Ali Baş Komandanın sərgilədiyi davranış, qətiyyətli mövqe erməni separatçılarının da dizini yerə qoydu”, - Qafarov bildirib.

Millət vəkili qarşıda çox mühüm vəzifələrin durduğunu deyib:

“Azərbaycan xalqı öz müdrik və uzaqgörən rəhbərinin ətrafında birləşərək bu vəzifələrin öhdəsindən gələcək. Bu inamla, bu əzmlə yaşayan, mübarizə aparan xalq heç vaxt yenilməz. Göründüyü kimi, hər şey ölkə başçısının iradəsi və qətiyyəti sayəsində həllini tapır. Bu işlərin necə başa gəldiyini, hansı çətinliklərlə, maneələrlə qarşılaşdığını bilənlər bilir. Biz növbəti qələbəmizi qeyd edirik, qarşıda hələ çox qələbələrimizin olacağına inamla quruculuq işləri aparırıq. Mənfur erməni faşizminin kökü kəsilənə qədər bu mübarizə davam edəcək. Növbədə Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin bölgədən tamamilə çıxarılması, erməni separatizminin ləğvi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması, Zəngəzur nəqliyyat dəhlizinin işə salınmasıdır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər