Lənkəranda ana doğuşdan sonra öldü

Lənkəranda ana doğuşdan sonra öldü -Rayon Prokurorluğu araşdırmaya başladı

Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Rəqsanə Səmid qızı Xangəldiyevanın ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Faktinfo.az xəbər verir ki,bu barədə Axar.az-a Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş diaqnozu ilə daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi