Lerik camaatı ölkə rəhbərindən kömək diləyir

Lerik camaatı ölkə rəhbərindən kömək diləyir 

Son günlər respublikamızın ərazisinə güclü qar yağmışdır. Bu ,bir sıra fəsadlara yol açmışdır.

Belə fəsadlardan biri də Lerik rayonunda yaşanmaqdadır. Belə ki , yağan güclü qar rayonun bir sıra dağ kəndlərində ;   Tülü,Conu, Kaqoy ,Vılıq kəndlərində əhalinin həyat şəraitini çətinləşdirmişdir. Belə ki , adı çəkiən kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilmiş , gediş- gəliş müşkülə çevrilmişdir. Yağan güclü qar , yollara tökülən qar uçqunları təmizlənmədiyindən vəziyyət olduqca acınacaqlıdır. İnsanalar vəziyyətdən çıxış yolu axtarır , bacardıqlarını , əllərindən gələni etməyə çalışırlar . Lakin , onların gücü və imkanları xaricində olduğu üçün heç nə edə bilmirlər . Camaatdan fərqli olaraq əlaqədar qurumlar isə üzərilərinə düşən vəzifənin öhdəsindən gəlmir , ya da gəlmək istəmirlər . Bu da insanların haqlı narazılığına səbəb olub.

   Məsələ ilə bağlı  Lerik rayon Yol İstismar İdarəsini  dəfələrlə etdiyimiz müraciət cavabsız qalır. Hətta Lerik rayonundan seçilən millət vəkili İqbal Məmmədova da müraciət etdik.Telefonumuza cavab vermədi. Köməkçisi ilə əlaqə saxladıq. O da öz növbəsində bu işin onların səlahiyyət və məsuliyyəti daxilində olmadığını bildirdi. Nəticədə adı çəkilən kəndlərdə yaşayan insanlar acınacaqlı vəziyyət yaşamaqda davam edirlər. Nəzərə alsaq ki , ərzaq , qida ehtiyacları , həkim qəbulu , təcili işlərlə bağlı kəndlərdən çıxmaq lazım olduğu halda bu mümükün deyilsə , insanlar nə etməlidirlər?!

     Danılmaz faktdır ki , ölkə rəhbəri Cənab İlham Əliyevin sərəncamları ilə ən ucqar dağ kəndlərinə belə  asvalt yollar çəkilmiş , insanların əziyyətsiz hərəkət etmələri üçün hər cür şərait yaradılmış və bu davam etməkdədir. Lakin görünən odur ki , ölkə rəhbərinin milyonlar bahasına ərsəyə gətirdiyi yol infrastrukturu hər hansı bir təbii fəlakət zamanı nəzarətsiz və baxımsız qalır. Aidiyyatı orqanlar , məsul şəxslər öz işlərinin öhdəsindən gəlmirlər.

  Məsələ ilə bağlı həmin ərazidə yaşayan sakinlər adından ölkə rəhbərinə müraciət edirik . Çətin vəziyyətlə üz- üzə qalan insanlara Cənab prezidentdən kömək istəyirik.İnanırıq ki , ölkə rəhbəri bu işlərə birbaşa məsuliyyət daşıyanlardan  fərqli olaraq lazimi tədbirlər görəcək.

  P.S. 43 saylı Lerik Yol İstismar İdarəsinin rəisi Elxan Əliyevin  "Azəravtoyol" haqqında dedikləri növbəti sayımızda
   

Müşfiq Kişiyev

Millidəstək.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər