Liviya 2 hərbi bazasını Türkiyəyə verir

Liviya 2 hərbi bazasını Türkiyəyə verir 

Liviyada daha 2 hərbi baza Türkiyənin istifadəsinə veriləcək.

Bu barədə “Star” nəşri məlumat yayıb.

Məlumata görə, Türkiyə-Liviya arasındakı hərbi əməkdaşlıq çərçivəsində Haftardan geri alınan Vatiyyə hərbi bazasına Türkiyə rəhbərlik edəcək.

Bazaya türk PUA-larının və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.

Digər tərəfdən Misirata limanı da dəniz bazası kimi Türkiyənin istifadəsinə veriləcək.

Bildirilir ki, dənizdə neft yataqlarının böyük hissəsi Türkiyəyə məxsus olacaq. Bölgədə qazma işlərinin təhlükəsizliyi üçün türk gəmilərinin mövcudluğu da zəruri görünür./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi