Lotoreyada 100 milyon udan Zaqataladandır: Oğlu danışdı -

Lotoreyada 100 milyon udan Zaqataladandır: Oğlu danışdı - Azərbaycanda BELƏ ŞEYLƏR İMKANSIZDIR!..

Ötən gün Rusiyada yaşayan soydaşımızın 100 milyon rubl (1 milyon ABŞ dolları) məbləğində super mükafatı qazanması barədə xəbər vermişdik.


Rusiyada lotoreyada 1 milyon dollar qazanan Azər Musayevin Azərbaycanın hansı rayonundan olduğu məlum olub.
 Lent.az bununla bağlı araşdırma aparıb.

Aradırma zamanı məlum olub ki, Azər Musayev Zaqatala rayonunun Əliabad qəsəbəsindəndir.

Azər Musayevin oğlu Əlibəy Musayev Lent.az-a açıqlamasında atasının lotoreyada pul qazanmasına çox sevindiklərini dilə gətirib:

“Atam uzun illərdir Rusiyada yaşayır. Əvvəllər biz də onunla bir yerdə orada olurduq. Sonra biz rayona qayıtdıq. Hazırda atam Soçidə tək yaşayır”.

Əlibəy Musayev atasının Soçidə tikintidə işlədiyini qeyd edib.

Qeyd edək ki, Rusiyada azərbaycanlı loterayada 100 milyon rubl (1 milyon dollar) udub.

Rusiya KİV-nə açıqlama verən həmyerlimiz bildirib ki, əvvəlcə iki bilet alıb:

"Həmin biletlər uduşsuz olub. Üçüncüsünü aldım və düşündüm: Qoy sonuncu dəfə cəhd edim. Dəmir pulla lotareyanı silməyə başladım. Üst sətirdə 5 milyon gördüm. Sevindim, daha yoxlamadım və düşündüm ki, bu məbləği udmuşam. Bileti satıcıya verəndə o da yoxladıqda məlum oldu ki, mən əslində 100 milyon qazanmışam. Düzünü desəm mən buna dərhal inanmadım”, - deyə həmyerlimiz söyləyib.

Azər Musayev Soçidə inşaatçı işləyir. O, lotoreyada udduğu məbləğlə yaxınlarına maddi yardım etməyi, mənzil və maşın almağı və oğluna toy etməyi planlaşdırır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi