Lənkəranlılar şikayət məktubunu Masallı və Astara poçt şöbələrindən ünvanlayırlar

Lənkəranlılar şikayət məktubunu Masallı və Astara poçt şöbələrindən ünvanlayırlar 

Rayon rəhbərliyi ilə bağlı Prezident Administrasiyasına ünvanlanan şikayətlər gündən-günə artmaqdadır.

Ölkənin əksər rayonlarında narazılıq yaradan icra hakimiyyəti başçıları işlərini düzgün qura bilmir, yerli əhalinin problem və qayğıları istiqamətində vaxtında və real addımlar atmır,nəticədə bütün şikayətlər mərkəzi hakmiyyətə yönəlir. Ağır sosial vəziyyət və məmur özbaşınalığı ilə üz-üzə qalan yerli əhalinin çox az bir qismi şikayətlərini Prezident Administrasiyasına bildirmək üçün paytaxta gələ bilirlər. Ancaq vətəndaşların çoxu şikayətlərini teleqram və ya məktubla ölkə rəhbərliyinə ünvanlayırlar.

Sosial vəziyyəti ağırlaşan,məmur özbaşınalığına məruz qalan rayonlardan biri də Lənkərandır. Ağaəsgər Yusif oglu Ağayev rayonda haqsızlıqla üzləşən, əmlakı əlindən alınan şəxslərdəndir.Lənkəran Xalq Məhkəməsində S.M. Qarayevin sədrliyi ilə çıxarılan qətnamədə (iş N-2-32 1997-ci il) baba yurdunun varisi kimi onun hüququ tanınıb.Lakin Lənkəran rayon rəhbərliyi onun baba yurduna sahib çıxmasına imkan vermədi,RİH başçısının müavini İlkin Rəhimovun yaxın qohumu Lənkəran rayon Şilavar kənd bələdiyyəsinin sədri Malik Rəhimovun oğlu E.Rəhimovun adına özəlləşdirildi,sonradan isə başqa bir şəxsə satıldı.Bununla bağlı müxtəlif dövlət qurumlarına edilən şikayətlər cavabsız qaldı.Belə haqsızlıqlar onlarladır.

Eləcə də ,Lənkəranda Nizami Gəncəvinin heykəli və onun adını daşıyan, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi memarlıq abidəsi kimi qorunan”Nizami” kinoteatrının sökülməsi, “Neon-111” MMC-yə dolayısı yolla satılması və bu şirkətin mülkiyyət hüququna dair sənədə əsasən torpaq sahəsində qeyri –yaşayış obyektinin tikilməsini həyata keçirməsi yüzlərlə qanun pozuntusunun yalnız bir qismidir.Bu kimi hallar, o cümlədən rayonda yaşıllıq zolağının qırılması, yerində iaşə və ticarət obyektlərinin tikilməsi,sahibkarların zamanında incidilməsi əhali arasında ciddi narazılıq yaradan əmsallar oldu.İndinin özündə də ayrı-ayrı fiziki və hüquqi şəxslər rayon rəhbərliyinin fəaliyyətindən narazıdır.Lənkəranlıların ötən ilin sonunda məmur özbaşınalığına etiraz olaraq Astara-Bakı magistral yolunu bağlaması kimi hallar yazdıqlarmıza əyani subutdur.

Lənkəranda rayon rəhbərliyinin biganəliyi ucbatından kənd təsərüffatı inkişafdan geri qalıb.Çünki ,rayon rəhbərliyi son illərdə kənd təsərrüfatına ayrılan subsidiyaları mənimsədi ki,vəziyyət də bu həddə çatdı,əhalinin dolanışığı daha da pisləşdi.Bu və digər səbəblərdən rayon rəhbərliyi ilə bağlı Prezident Administrasiyasına ünvanlanan şikayətlər gündən-günə artmaqdadır.

Faktinfo.az-ın əldə etdiyi məlumata görə, Lənkəran RİH-nin başçısı Taleh Qaraşov başqa bir rayona rəhbər təyin olunmaq istədiyindən hazırda ondan olunan çoxsaylı şikayətlərin qarşısını almağa çalışır,bu məqsədlə yerli poçt şöbəsinə gizli tapşırıq da verib.Ancaq lənkəranlılar Rayon İcra başçının işindən o qədər narazıdırlar ki, şikayət məktublarını qonşu olan Masallı və Astara rayonlarının poçt şöbələrindən Bakıya ünvanlayırlar. 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi