Makron Rusiya neftinə sanksiya tələb edir

Makron Rusiya neftinə sanksiya tələb edir 

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın Buça şəhərindəki vəziyyətdən sonra Rusiyanın Avropa Birliyinə kömür və neft ixracını tamamilə əngəlləmək istədiyini bildirib.

Bu barədə CNN məlumat yayıb.

Makronun sözlərinə görə, Buçada törədilmiş hərbi cinayətlərin çox aydın göstəriciləri və bunlara görə Rusiya ordusunun məsuliyyət daşıdığı müəyyən edilib.

Fransa prezidenti bu həftə avropalı tərəfdaşları ilə Rusiya Federasiyasına qarşı əlavə sanksiyaları müzakirə edəcəyini deyib:

“Bu cinayətlərin arxasında duranlar cavab verməlidirlər. Biz kollektiv ləyaqətimizi və dəyərlərimizi qoruduğumuzu açıq şəkildə bildirməliyik. Ədalət olmadan sülh olmaz”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər