Maliyyə Nazirliyinin idarə rəisinin qardaşına 610 min “atıblar”

Maliyyə Nazirliyinin idarə rəisinin qardaşına 610 min “atıblar” –Detallar

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror İ.Xıdırovun 10 il, N.Mustafayevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 15-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, İ.Xıdırov dələduzluq əməllərini N.Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib, satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəklərini vəd edib, lakin həmin şəxsləri aldadıblar.

Digər təqsirləndirilən N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilməyib və hazırda azadlıqdadır.

Zərərçəkmişlərdən biri Elxan Muradlıdır. Onun qardaşı Etibar Muradov Maliyyə Nazirliyinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir.

E.Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar alıb.

Həmin şəxslər zərərçəkmiş Gülnaz Abdullayevadan 21 dollar, Tamilla Əliyevadan 28 min dollar almaqla dələdzuluq ediblər.Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi