Maliyyə yoxlamaları 2 ildən bir keçirilərsə...

Maliyyə yoxlamaları 2 ildən bir keçirilərsə... 

Məlum olduğu kimi, Maliyyə Nazirliyi və Hesablama Palatası hər 4 ildən bir dövlət təşkilatlarında maliyyə yoxlamaları apara bilir. Müşahidələr göstərir ki, bu müddət bəzi böyük dövlət qrumları üçün hələki kifayət qədər çoxdur. Çünki,aparılan yoxlamalar göstərir ki,milyonlarla dövlət vəsaitini mənimsəməyən qrum rəhbəri yoxdu. Belə hallar isə iqtisadi təhlükəsizliyimiz üçün ciddi təhdiddir,inkişafa maneədir.

Faktinfo.az saytı olaraq hesab edirik ki, hazırkı yoxlama müddəti böyük dövlət müəssisələri üçün 2 ilə endirilməlidir. Çünki, arada nə qədər az müddət olarsa, büdcə vəsaitlərini talayan iri çinli  məmurlar istədiklərini etməkdə çətinliklərlə üzləşərlər.Belə ki,MMC-lər yaradıb dövlət tərəfindən ayrılan pulları təmir-tikinti adı altında hesablara köçürə,“sağa-sola” xərcləyərkən daha məsuliyyətli, daha həssas davranarlar.Maliyyə intizamını pozduqları olsa belə,buna görə daha tez ifşa olunarlar.

  Onu da xüsusi vurğulayaq ki, belə qısamüddətli yoxlamalar “Socar”, “Azəriqaz”, “Asərsu”, “Azəriqaz”, “Azəristiliktəchizat” ASC kimi qurumlarda daha vacibdir. Səbəbi izah etməyə isə yəqin ki, ehtiyac yoxdur.

Lətafət Orucqızı

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi