“Mall”lar açılacaqsa, mübarizə effekt verməyəcək

“Mall”lar açılacaqsa, mübarizə effekt verməyəcək 

Nə etməli?

 Təəssüf ki, bu sürətlə artan virus Azərbaycanda hər kəsin qapısını döyə və ölkəni daha fəlakətli vəziyyətə sala bilər. Xatırlayırsınızsa, zamanında virusun yayılmasının qarşısının alınması üçün çoxsaylı təşəbbüslərlə çıxış etmişəm. İlkin mərhələdə bəziləri (sərhədlərin bağlanması, dərslərin dayandırılması, metronun qapanması, birdəfəlik yardım üçün işzislərin sayının 200 mindən 600 minə qadırılması və sair) gec də olsa nəzərə alındı, amma sonradan hakimiyyətdə arxayınlaşma yarandı, məktəblər və sərhədlərdən savayı bütün obyektlər sürətlə açıldı. Nəysə, olan olub, keçən keçib bəlkə də, indi daha gileylənməyin yeri yoxdur. Bundan sonra üçün nələr etmək barəsində düşünmək lazımdır. Odur ki, aşağıdakı təxirəsalınmaz tədbirləri təklif edirəm.

1. Testlərin sayı maksimum artırılmalıdır. Bir həftə bundan əvvələ olan məlumata görə, 356 032 koronavirus testi aparılıb. Bu əhalinin 3,5 faizi deməkdir. Hesab edirəm ki, bu göstərici ən yaxın zamanda 2 dəfəyədək artırılmalı və 7-10 faizə çatdırılmalıdır.

2. Testləri positiv çıxan şəxslər ailədən və cəmiyyətdən təcrid edilməli və xəstəxanlarda yerləşdirilməlidir. İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamı aprelin 7-də imzalayıb. Sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxananın quraşdırılması məqsədilə 2020-ci il dövlət büdcəsindən 14,8 milyon manat ayrılıb. İndiyə qədər cəmisi 4 modul tipli modul tipli xəstəxana quraşdırılıb. Bu isə o deməkdir, 2 ay 7 gün ərzində cəmisi 800 çarpayılıq xəstəxana istifadəyə verilib. Halbuki, Uxanda koronavirus xəstələri üçün 1000 çarpayılıq ilk mobil xəstəxana fevralın 3-dən fəaliyyətə başladı. Sonradan 10 günlük inşaat-quraşdırma işləri nəticəsində 1600 çarpayılıq xəstəxana istifadəyə verildi.

Azərbaycanda isə ilk 1 ayda bir belə xəstəxananın mayın 7-də paytaxtda, yerdə qalan 3-nün isə iyunun 9-da açılışı oldu. Daha 6 kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur. Nə zaman? Nə qədər gözləməliyik? Baxın, 2 aya 800 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. 1 modul tipli xəstəxayana 2 milyon 466 min manat vəsait ayrılmasına baxmayaraq, işlər çox ləng gedir. Virusa yoluxan xəstələrin artım sürəti ilə istifadəyə verilən xəstəxanalarda çarpayı sayı arasında böyük fərq vardır. Əslində bu xəstəxanaları eyni zamanda 10 gün ərzində də quraşdırmaq olar. Çünki, bu xəstəxanalar çadırdandır, tikilmir, sadəcə quraşdırılır və komplektləşdirilir. Odur ki, təklif edirəm ki, müvəqqəti olaraq dman arenaları və sərgi mərkəzləri xəstəxanaya çevrilməlidir. Bakıda və rayonlarda bu tip çoxsaylı obyektlər mövcuddur.

3. Karantin rejiminin sərtləşdirilməsi ilə insanlarda karantin mədəniyyətinin formalaşması arasında əlaqə olmalıdır. Əgər yenə də 2 günlük özünütəcriddən sonra hər şey əvvəlki axarına qayıdacaqsa, yenə də iri ticarət mağazaları (Mallar), bütün iş yerləri açıq olacaqsa onda belə mübarizə effekt verməyəcək.

4. İyun ayı üçün də190 manatlıq birdəfəlik yardım verilməli və onun ödənilməsi dairəsi genişləndirilməlidir.

5. Həkimlərin əməyinin stimullaşdırılmasına gücləndirilməli, koronavirusdan həyatını itirən həkimlərə ən azı 10 min manat məbləğində birdəfəlik ödəniş verilməlidir.

Yekun olaraq onu bildirmək istəyirəm ki, Azərbaycanın bəxti gətirmişdir ki, koronavirus mart-aprel aylarında dünyada tüğyan etdiyi dövrdə bizdə kütləvi olmadı. Əslində bu ağıllı hökümətə imkan verirdi ki, başqalarının səhvlərini öyrənməklə daha düzgün siyasət yeritsin. Əksinə bizim başqalarından çox vaxt qazanmağımıza baxmayaraq səhvlərimiz daha çox oldu.

 

Özünüzü qoruyun, əziz həmvətənlilər!

 

Qubad İbadoğlu

İqtisadçı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi