“Manatın məzənnəsi möhkəmlənib, büdcə kəsiri daralıb” –Samir Şərifov parlamentdə hesabat verdi

“Manatın məzənnəsi möhkəmlənib, büdcə kəsiri daralıb” –Samir Şərifov parlamentdə hesabat verdi 

Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.

Bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.

"Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb", –  nazir deyib.

S.Şərifov qeyd edib ki, bu ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi