"Mançester Yunayted" Ronaldo ilə müqaviləyə xitam verdi

"Mançester Yunayted" Ronaldo ilə müqaviləyə xitam verdi 

İngiltərənin “Mançester Yunayted” klubu Kriştianu Ronaldu ilə müqaviləni pozub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.

Xatırladaq ki, futbolçu 2021-ci ildə İtaliyanın “Yuventus” klubundan “Mançester Yunayted”ə keçib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi