Mariupol yaxın vaxtlarda təmizlənəcək - Kadırov

Mariupol yaxın vaxtlarda təmizlənəcək - Kadırov 

Çeçen döyüşçüləri Azov dənizinin sahilindəki ən böyük şəhər olan Mariupola hücumu davam etdirirlər, yaxın gələcəkdə şəhər tamamilə təmizlənəcək.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

"Çeçen döyüşçüləri Mariupolun basqınında fəal iştirak etməkdə davam edirlər. Döyüş zonasında mülki əhalinin olması ilə bağlı tapşırıq çətinləşir və döyüşçülər çox ehtiyatlı hərəkət etməlidirlər. Buna baxmayaraq, artıq mühüm irəliləyiş əldə olunub və yaxın gələcəkdə Mariupol tamamilə təmizlənəcək”, – Kadırov bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi