"MASALLIDA BAZAR QƏSDƏN YANDIRILIB" - Xəsarət alanlar var- VİDEO

"MASALLIDA BAZAR QƏSDƏN YANDIRILIB" - Xəsarət alanlar var- VİDEO 

Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.

Report.az-ın cənub bürosu xəbər verir ki, bu barədə bazarın bir neçə ay əvvəl təyin olunan yeni sahibi Afər Cahangirov deyib.

O qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra oradakı qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlər yaradıb.

"Çox güman ki, yanğın qəsdən törədilib", - o vurğulayıb.

***

Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

Əlavə məlumat veriləcəkdir.

***

Massallıda "köhnə bazar" adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

Məlumat əsasında  FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

İlkin məlumata görə, yanğın bazarın paltar satışı olan hissəsində başlayıb.

"MASALLIDA BAZAR QƏSDƏN YANDIRILIB" - Xəsarət alanlar var- VİDEO
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi