"Media ilə bağlı qanunda dəyişiklik gözlənilir" -

"Media ilə bağlı qanunda dəyişiklik gözlənilir" - İDDİA

"Media haqqında" Qanunda əlavə və dəyişikliklər edilə bilər.

Əlavələri bilmirəm, amma, deyilənə görə, əsasən, iki müddəanın dəyişdirilməsi nəzərdə tutulur”. 

Faktinfo.az bildirir ki,bu iddia ilə bağlı "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağanın fikirlərini ölkənin bir sıra saytları tirajlayıb.

O,bildirib ki, dəyişiklilər əsasən reyster və 20 xəbər məsələsi ilə bağlı olacaq. "Birincisi odur ki, media subyektləri (sayt və qəzet) və jurnalistlərin reyestri könüllü əsaslarla həyata keçiriləcək.Yəni kim istəsə,keçər, kim istəməsə yox.Böyük ehtimal,həmin müddəada mötərizədə “könüllü” (könüllü) ifadəsi əlavə edilə bilər. Bu, yəqin ki, hüquqda yeni presedentdir”.

Şəmşad Ağa ikinci dəyişikliklə bağlı bildirib ki, bu, gün ərzində öhdəlik kimi qoyulan 20 xəbərlə bağlı olacaq. "Bunu da qanunla yox,Media Agentliyinin Əsasnaməsi ilə təsbit etmək istəyirlər.Yəni MİA hansı sayt və qəzetlərə ayda 3 min manat yardım edirsə, bu tələb də yalnız həmin media orqanlarına şamil ediləcək".

Baş redaktor onu da vurğulayıb ki, bu yaxınlarda “Media haqqında” Qanunla bağlı AŞ NK-nın qərarı da olub. "Hökuməti qısa zamanda qanunu Avropa standartlarına uyğunlaşdırmaq üçün uyardılar".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi