Məhəmməd bin Salman Trampın fikirlərini alt-üst etdi-

Məhəmməd bin Salman Trampın fikirlərini alt-üst etdi- Aldığımız silahlara görə ödəniş etmişik

Səudiyyə Ərəbistanı ABŞ-a öz təhlükəsizliyi qarşılığında heç bir şey ödəməyəcək.

Bunu “Blumberq” agentliyinə müsahibəsində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əs-Səud deyib.

“Biz öz təhlükəsizliyimiz qarşılığında heç nə ödəməyəcəyik. Hesab edirik ki, ABŞ-dan aldığımız bütün silahlar üçün ödəniş etmişik. Bunlar bizə pulsuz verilməyib. Münasibətlərimizin qurulduğu gündən bu yana biz hər şeyi pulla alırıq. İki il bundan öncə Ər-Riyadın strategiyası başqa ölkələrdən silah alışına hesablanmışdı, amma Trampın hakimiyyətə gəlməsindən sonra biz qərara aldıq ki, daha 10 il ordunu Amerika silahları ilə təchiz edək. Yəni 60% silahı ABŞ-dan alaq, 40% silahı isə krallıqda ABŞ texnologiyaları ilə istehsal edək. Buna 400 milyard dollar xərcləməyi planlaşdırırıq”, – deyə o bildirib.

O, Trampın “ABŞ-ın dəstəyi olmadan kral Salman hakimiyyətdə iki həftə qala bilməz” fikri ilə razılaşmadığını söyləyib:

“Səudiyyə Ərəbistanı ABŞ-dan öncə də mövcud olub. Biz 1744-cü ildən mövcuduq. Məncə, bu, ABŞ tarixindən 30 yaş daha çoxdur. Bizə hansısa təhdidin olmasına inanmıram”.

Qeyd edək ki, Tramp Səudiyyə Ərəbistanının ona ödəniş etməli olduğu, Səudiyyə kralının məhz ABŞ sayəsində hakimiyyətdə qaldığını bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi