Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd ediləcək -

Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

İmzalanmış sənədə əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi