Məhkəmə Faytonçu Nazimin əleyhinə qərar çıxardı

Məhkəmə Faytonçu Nazimin əleyhinə qərar çıxardı 

“Elmed” klinikasının cərrahı Elman Əzimovun əmlakının üzərinə qoyulmuş həbslə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vüsalə Baxışovanın sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara görə, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərardadı ləğv edilib.

Binəqədi rayon Məhkəməsi müğənni Nazim Pişyarinin (Faytonçu Nazim) əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulması ilə bağlı qərar vermişdi.

Həmin qərardaddan narazı qalan həkimin vəkili Elvin Səlimov, “Elmed” klinikasının nümayəndəsi Ramiz İbrahimov apelyasiya şikayəti verib.

Nazim Pişiyari bildirib ki, ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb.

Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. “Faytonçu Nazim” həkimin ciddi cəzalandırılmasını istəyib. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi