Mehmanı təhqir edən şəxs polisə çağırıldı, üzr istədi

Mehmanı təhqir edən şəxs polisə çağırıldı, üzr istədi 

Bloqer Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Report.az-a  açıqlamasında aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğunu bildirib.

O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılaraq sərbəst buraxılıb:

"Həmin şəxs polis əməkdaşı deyil, ümumiyyətlə əvvəllər də polis orqanlarında xidmət etməyib. Elxan Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşiman olduğunu bildirməklə, üzrxahlıq edib".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi