Mehriban Əliyeva liderlərin xanımları ilə gəmi gəzintisində - Akopyanla da şəkil çəkdirdi +

Mehriban Əliyeva liderlərin xanımları ilə gəmi gəzintisində - Akopyanla da şəkil çəkdirdi + FOTOLAR

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva bu gün Çinin Tiencin şəhərində Hayha çayında gəmi gəzintisində iştirak ediblər.

Gəzintiyə Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları da qatılıb.

Gəzinti çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanla birgə şəkil çəkdirib.

Fotoların birində Türkiyənin birinci xanımı Əminə Ərdoğan da yer alıb.

Məlumata görə, Mehriban Əliyeva ilə Anna Akopyan ilk dəfə məhz ötən gün Çində bir araya gəliblər.

























Birinci məlumatlanmaq üçün facebook səhifəmizi