Mehriban Vəzir Şuşaya aparılmayıb-

Mehriban Vəzir Şuşaya aparılmayıb- Xanım yazıçının adı siyahıda olub,amma...

Məlum olduğu kimi 44 günlük Vətən müharibəsində azad edilmiş Şuşa şəhərinə səfərlər təşkil edilir.

Səfərdə Azərbaycanın diaspora nümayəndələri, QHT təmsilçiləri, ictimaiyyət üzvləri, tanınmış yazıçı və şairlər iştirak edirlər.

Ancaq  bu səfərlərə Azərbaycanın bəzi tanınmış şəxsləri aparılmayıb.

Faktinfo.az "Bütöv Azərbaycan Ocaqları" nın sayta göndərdiyi məlumata əsasən bildirir ki,əslən Şuşalı olan, tanınmış yazıçı Mehriban Vəzir də belə şəxslərdən biridir.

Mehriban xanımın yazdığı facebook statusuna görə,əvvəlcə onun adı siyahıya salınıb, ancaq sonradan ona verilən məlumata görə, hansısa "sehirli qüvvə"nin əli ilə onun adı siyahıdan çıxarılıb.

O da qeyd olunur ki, tanınmış yazıçısı, ölkənin ictimai həyatında hər zaman fəal iştirak edən, 10-a yaxın kitabın, 40-dan çox hekayənin, 300-dən çox məqalə və ssenarinin müəllifi - Mehriban Vəzir görəsən Şuşaya səfərdə iştirak etməyə niyə layiq bilinməyib?


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi