Məktəblərdə şagirdlərə tapşırıq verilib-

Məktəblərdə şagirdlərə tapşırıq verilib- Çantalarında tibbi maska və spirt gəzdirməlidirlər

Koronavirus təhlükəsi ilə əlaqədar bir çox məktəblərdə uşaqlara çantalarında tibbi maska və spirt gəzdirmələri tapşırılıb.

Tapşırıq uşaqlara sinif müəllimləri tərəfindən verilib. Bildirilib ki, təmizlik və yayılmış epidemiya, respirator virus təhlükələrinə qarşı önləyici tədbirlər görülməlidir. Bu məqsədlə bir çox müəllim uşaqlara məktəb otağına girərkən əllərini spirt və ya nəm solfetlərlə silməyi tapşırıb. Qrip, respirator viruslardan qorunmaq üçün yolda, kütləvi yerlərdə, ictimai nəqliyyatda tibbi maskalardan istifadə etmək tapşırıb.

Ayrı-ayrı müəllimlər tərəfindən tapşırılan bu tapşırıq valideynlərin də ürəyincə olub.

Bakıda apteklərdən birinin satıcısı Zemfira Abdullayeva bildirib ki, gün ərzində tibbi maska alanların sayı çoxalıb. Həmçinin ötən gün özəl məktəblərdən biri üçün 900 manatlıq tibbi maska alınıb./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi