Meliorasiya və Su Təsərrüfatı ASC-də Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub

Meliorasiya və Su Təsərrüfatı ASC-də Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub.

Faktinfo.az-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, tədbirdə çıxış edən Cəmiyyətin sədri Əhməd Əhmədzadə Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini qeyd edib.O,bildirib ki,müstəqilliyinin qorunub möhkəmləndirilməsində və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim yüksək fəxr hissi ilə qeyd olunur,Heydər Əliyevin  əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla anılır.

Əhməd Əhmədzadə çıxışında onu da qeyd etdi ki, Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətdir.

Cəmiyyətin sədri Ümummilli Liderin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli davamlı tərəqqisini və əldə olunan yüksək nailiyyətləri xüsusi olaraq qeyd etdi.

Dahi öndərin ideyalarının və ölkəmizin nailiyyətlərinin dünyada geniş təbliğ olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın səmərəli xidmətlərini, çoxşaxəli nəcib və xeyirxah fəaliyyətini vurğuladı.

Sonda Əhməd Əhmədzadə onu da bildirdi ki, Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyətin şərəfli həyat yolu və siyasi irsi indiki və gələcək nəsillərə nümunə olacaq, Ümummilli Lider Heydər Əliyevin işıqlı xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər