“Mən Səddam Hüseynin qızıyam,İraqa qayıdıb siyasətlə məşğul olacam ”

“Mən Səddam Hüseynin qızıyam,İraqa qayıdıb siyasətlə məşğul olacam ” -Alman qadının iddiası

Nana adlı bir alman qadını Səddam Hüseynin qızı olduğunu iddia edir.

“Fəraru” (İran) nəşri  xəbər verir ki, Nana “keçmiş İraq diktatorunun arvadı Salmi Əsəd Səidin doğma övladı”dır.

Səddamın böyük qızı Rəqəd bu iddinı təkzib edib. Amma Nana iddialarından dönməyərək anasının 1995-ci ildə İraqda öldürülməsindən sonra İsveçrəyə göndərildiyini dönə-dönə təkrar edir.

Nana tezlikə İraqa qayıdacağı və siyasi fəliyyətə başlayacağını da dilə gətirir. “Atam mənə vaxtilə xeyir-dua verib. Amma mən onun siyasi yolunu izləməyəcəyəm. Mənim beynəlxalq siyasətdə böyük təcrübəm var. BƏƏS Partiyasına hörmətlə yanaşsam da, heç bir quruma üzv olmayacağam”.

Səddam ailəsinə yaxın olan şəxslər “Əl-Ərəbiyyə”yə açıqlamada Nananın iddialarını təkzb ediblər. Onlar iddiaçının Tiqritdə doğulması barədə şəhadətnamənin də saxta olduğunu bildiriblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi