Məşhur alimdən növbəti proqnoz: 8 ballıq zəlzələ yaxınlaşır

Məşhur alimdən növbəti proqnoz: 8 ballıq zəlzələ yaxınlaşır 

Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hugerbits növbəti dəfə bütün dünyada təşvişə səbəb olan açıqlamalar verib.

 Hugerbit həftə ərzində planetlərin düzülüşünə diqqət çəkərək, 5-6 may tarixlərində baş verən düzülüşün ardından Papua Yeni Qvineyada 7.2 bal gücündə zəlzələ baş verdiyini bildirib.

7-8 may tarixlərində gerçəkləşən Günəş-Merkuri-Venera-Neptun və Yer kürəsi-Merkuri-Uran düzülüşünü vurğulayan alim, 2005-ci ildən bu yana oxşar düzülüşlərin 71 faizinin 7.5 baldan artıq zəlzələlərə səbəb olduğu barədə xəbərdarlıq edib.

9 mart 2011-ci ildə Yaponiyada baş vermiş 8.9 bal gücündə zəlzələnin də buna bənzər bir düzülüşdən 2 gün sonra baş verdiyini xatırladan alim, növbəti dəfə ən azı 8 bal gücündə zəlzələ baş verə biləcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, bundan əvvəl Hugerbitsin bir sıra təxminləri ilə yanaşı, Türkiyə proqnozu da düz çıxmışdı. Belə ki, alimin proqnozlarına uyğun şəkildə Dənizlidə 5.5 bal gücündə zəlzələ baş vermişdi./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi