Məşhur çoban qoyunlarını satıb klip çəkdirdi

Məşhur çoban qoyunlarını satıb klip çəkdirdi - Video

“O səs Türkiyə” yarışmasının azərbaycanlı ifaçısı, çoban kimi tanınan Pərvin Səfərov ilk klipini təqdim edib.“Sənə möhtacam” adlanan klip sözləri Rüfət Sabirliyə, musiqisi ifaçıya məxsus olan eyniadlı mahnı əsasında ərsəyə gəlib.

Pərvin Səfərov Müsavat.com-a açıqlamasında bildirib ki, klipin xərclərini ödəyəcək sponsor tapa bilmədiyindən sevimli qoyunlarını satmaq məcburiyyətində qalıb:

“Bu mənim ilk klipimdir. Buna görə çox sevincliyəm və inanıram ki, ilk işim pərəstişkarlarımın da xoşuna gələcək. Klip və mahnı iki gəncin bir-birinə olan sevgisindən, ayrılıqdan, vüsaldan söz açır.

Qeyd edim ki, klipinin bütün ideyası da özümə məxsusdur. Çəkilişlər Bakı və İsmayıllıda aparılıb.

Klipin ərsəyə gəlməsi üçün uzun müddət sponsor axtarışında oldum. Lakin mənə dəstək olacaq sponsor tapa bilmədim. Məcbur olub xərcləri ödəmək üçün qoyunlarımı satdım.

Bütün sevənlərimdən xahişim budur ki, ilk işimi izləyərək və paylaşaraq dəstək olsunlar ki, hər zamankı kimi uğurlarımda onların da payı olsun”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi