Messi bir nömrədir, ona bənzəri... - Ronaldo

Messi bir nömrədir, ona bənzəri... - Ronaldo 

Messi əlbəttə ki, bir nömrədir. Ona bənzər oyunçu görmək üçün yəqin ki, 20-30 il gözləmələyik.

Bu sözləri Braziliya millisinin sabiq üzvü Ronaldo Luis Nazario deyib.

Veteran hücumçu Mbappenin ona bənzədilməsinə də münasibət bildirib: "Azar, Salah və Neymarın oyununu da bəyənirəm. Onların çıxışını izləyirəm. Əlbəttə ki, Mbappeni də. Onu mənə bənzədirlər? Bir çox futbolçunu mənə oxşadırlar. Hansı ki, sürətli, texnikalı, hər iki ayağı ilə oynaya bilirlər. Bəli oyunumuz oxşaya bilər. Ancaq heç vaxt bir nəsil futbolçuları digəri ilə müqayisə etməyi sevməmişəm”.

Qeyd edək ki, “Barselona”, “Real”, “İnter”, “Milan” kimi klublarda çıxış etmiş Ronaldo Braziliya millisində 98 oyuna 62 qol vurub./Qol.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi