Messi ilə bağlı sürpriz addım: azarkeşlər şoka düşdü

Messi ilə bağlı sürpriz addım: azarkeşlər şoka düşdü 

İki ay sonra Fransa PSJ-si ilə müqaviləsi bitəcək olan Lionel Messinin karyerasını hansı klubda davam etdirib-etdirməyəcəyi hazırda dünya futbol ictimaiyyətində əsas müzakirə mövzularından biridir.

Hurriyyett.Az İspaniya mediasına istinadla xəbər verir ki, 35 yaşlı hücumçu ilə bağlı gözlənilməz addım atılıb.

Belə ki, "Barselona"nın rəsmi saytında Leonun şəkli paylaşılıb. Təcrübəli forvardın adı və fotosu Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandesin sərəncamında göstərilib. Bunu görən "Barselona" fanatları isə xeyli təəccübləniblər.

Qeyd edək ki, Messinin sabiq klubuna qayıdacağı ehtimal olunur. Ona Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan isə nə az, nə çox - ilinə 400 milyon avro təklif olunub. Lakin Messi bu təklifi rədd edib. O, karyerasını Avropada davam etdirmək istəyir.

Messi ilə bağlı sürpriz addım: azarkeşlər şoka düşdü
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi