Messini tamamilə bağlamaq... - İnyesta

Messini tamamilə bağlamaq... - İnyesta 

2026-cı il dünya çempionatının finalında argentinalı futbolçu Lionel Messini tamamilə zərərsizləşdirmək mümkün deyil.

Bunu İspaniya millisinin heyətində 2010-cu ilin dünya çempionu olan Andres İnyesta deyib.

"Messini tamamilə bağlamaq mümkün deyil. Məsələ daha çox İspaniyanın öz oyunu ilə Argentinaya nə dərəcədə zərər vura biləcəyindədir: qol vəziyyətləri yaratmaq və onlar yarandıqda bunları reallaşdırmaq. Messi haqqında söz tapa bilmirəm - mən sadəcə bunu necə təsvir edəcəyimi bilmirəm", - deyə İnyesta bildirib.

İyulun 19-da Nyu Yorkda keçiriləcək finalda Argentina, yarımfinalda Fransanı 2-0 hesabı ilə məğlub edən İspaniya ilə qarşılaşacaq. Argentina öz yarımfinalında İngiltərəni 2-1 hesabı ilə məğlub edib. Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol üzrə dünya çempionatı iyunun 11-də ABŞ, Meksika və Kanadada başlayıb və iyulun 19-dək davam edəcək. Hazırkı dünya çempionu, ötən finalda Fransanı məğlub edən Argentina millisidir./Publika.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi