Mətbuat Şurasında iclas keçirilib

Mətbuat Şurasında iclas keçirilib 

Aprelin 24-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Şuradan Axar.az-a bildiriblər ki, qurumun sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Əvvəlcə Şuranın 2019-cu ilin yanvar-mart ayları ərzində gördüyü işlərlə bağlı məlumat dinlənilib. Bildirilib ki, Mətbuat Şurasına hesabat müddətində 214 müraciət daxil olub və onlardan 138-i media orqanlarından şikayətdir. Şikayətlərin 124-ü Şuranın katibliyində baxılıb, 98 şikayət katiblikdə həllini tapıb, digər 26 şikayət isə baxılmaq üçün şikayətlər üzrə komissiyaya təqdim olunub. Həmin şikayətlərin əsasında qərarlar çıxarılıb.

İclasda KİV-lərin Bakıda yayımının vəziyyəti ilə bağlı Mətbuat Şurasının keçirdiyi monitorinqin nəticələri müzakirə edilib. Həmçinin Şuraya yeni üzvlərin qəbulu həyata keçirilib. Bundan başqa, iclasda şikayətlər üzrə komissiyanın qəbul etdiyi rəylər əsasında qərarlar da qəbul edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi