Metro istifadəçilərinə ŞAD XƏBƏR - Gələn aydan...

Metro istifadəçilərinə ŞAD XƏBƏR - Gələn aydan... 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bu il metro tunellərində havalandırmanı yaxşılaşdırmaq üçün daha 16 müasir ventilyator alacaq.

Yenisabah.az-a bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yeni ventilyatorlar bu ilin fevral-mart aylarında Bakıya gətiriləcək:

"Gətiriləcək 16 ventilyatorun 10-u "qırmızı" və "yaşıl" xətlər üzrə olan metro stansiyalarında quraşdırılacaq. Qalan 6 ventilyator isə "Bənövşəyi" xətt üçün nəzərdə tutulub".

B.Məmmədov bildirib ki, ötən il alınaraq metro tunellərində quraşdırılan 7 ventilyatorun da fiberoptik kabellərlə mərkəzə birləşməsi prosesi tam yekunlaşıb.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi