"Mikayıl Cabbarov düz deyir, ya Dövlət Statistika Komitəsi?!" -

"Mikayıl Cabbarov düz deyir, ya Dövlət Statistika Komitəsi?!" - NATİQ CƏFƏRLİ

"Ölkənin iqtisadi modeli o qədər qeyri-effektivdir ki, məmləkəti cəmi 31,4 min nəfər dolandırır"

"Mikayıl Cabbarov deyib ki, 2023-cü ildə Azərbaycanda özəl və qeyri-neft sektorunda çalışan işçilərin sayı dövlət və neft sektorunda çalışan işçilərin sayını üstələyib. Dövlət Statistika Komitəsi rəsmi məlumat yayıb ki, 2024-cü ilin əvvəlinə muzdla çalışan işçilərin sayı 1741,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 899,1 min nəfər, qeyri-dövlət sektorunda isə 842,7 min nəfər təşkil edib. İqtisadiyyatın neftqaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1710,4 min nəfər çalışıb". 

Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

İqtisadçı ekspertin sözlərinə görə, rəsmi statistika deyir ki, 2023-cü ilin nəticələrinə görə dövlət və neft sektorunda özəl sektora nisbətən 56 min 400 nəfər çox işçi çalışır: "İndi nazir düz deyir, ya Dövlət Statistika Komitəsi?! Ölkənin faciəvi iqtisadi mənzərəsi haqqında daha bir detal. Bunu da deyim ki, Mikayıl müəllim fikir versin: Sektorlar üzrə çalışanların say nisbəti ciddi əhəmiyyət kəsb etmir. Təsəvvür edin ki, ölkədə neft-qaz sektorunda cəmi 31 min 400 nəfər çalışır, amma 2022-ci ilin göstəricilərinə görə, ölkədə ÜDM-in 47,8%-i neft-qaz sektorunda yaranıb, büdcə gəlirlərinin 52,7 %-i neft gəlirlərinin hesabına əmələ gəlib və nəhayət, ixracın 92,5% -i neft-qaz, neft məhsulları hesabınadır. Yəni, məmləkətdə 31 min 400 nəfər ölkə büdcəsinin yarıdan çoxunu, ixracatın isə 92,5%-i təmin edir – faciəvi rəqəmlərdir. Ölkənin iqtisadi modeli o qədər qeyri-effektivdir ki, məmləkəti cəmi 31,4 min nəfər dolandırır. Cənab nazir, bu məsələyə münasibətiniz varmı, açıqlama, izah olacaqmı?!"

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi