Millət vəkili Keşlə sakinlərinin problemlərini dinləyib

Millət vəkili Keşlə sakinlərinin problemlərini dinləyib - FOTO

Millət vəkili Könül Nurullayevanın Keşlə qəsəbəsindən olan seçiciləri ilə keçirdiyi səyyar görüşləri mütəmadi olaraq davam edir.

Belə ki, Milli Məclisin deputatı Məşədi Hilal Kazımov küçəsi 40, 43/3, 46, Nizami Abdullayev küçəsi 4/12, 4/39, 44/1, Mirzə Ələkbər Sabir küçəsi və Maarif küçəsi 17 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik çətinliklərlə maraqlanıb.

Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bir sıra məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.

Faktinfo.az-a K.Nurullayevanın qərargahından verilən məlumata görə, müraciətlər əsasən istilik sisteminin bərpası, M.Ə.Sabir küçəsinin yenidən qurularaq genişləndirilməsi, məhəllədaxili yollarda işıqlandırma sisteminin quraşdırılması, asfalt örtüyünün yenilənməsi, kanalizasiya xətlərinin yenidən qurulması və digər önəmli məsələlərlə bağlı olub.

Səyyar görüş sonu sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.

Millət vəkili Keşlə sakinlərinin problemlərini dinləyibMillət vəkili Keşlə sakinlərinin problemlərini dinləyibMillət vəkili Keşlə sakinlərinin problemlərini dinləyibMillət vəkili Keşlə sakinlərinin problemlərini dinləyibMillət vəkili Keşlə sakinlərinin problemlərini dinləyibMillət vəkili Keşlə sakinlərinin problemlərini dinləyib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi