Millət vəkili Könül Nurullayeva növbəti səyyar görüşünü keçirib

Millət vəkili Könül Nurullayeva növbəti səyyar görüşünü keçirib - FOTO

24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayevanın Nizami rayon sakinləri ilə görüşləri müntəzəm olaraq davam edir.

Belə ki, millət vəkili K.Nurullayeva Cəmşid Naxçıvanski küçəsi 49, 51, 53, 55 və 59 ünvanlarında yaşayan seçiciləri ilə görüş keçirib və onların rastlaşdığı gündəlik problemlər ilə yaxından tanış olub. Sakinləri narahat edən problemlərin aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb, bu və ya digər məsələlər ilə bağlı verdikləri suallar ətraflı cavablandırılıb və problemlərin həll olunması istiqamətində mövcud prosedur qaydaları izah edilib.

K.Nurullayevanın qərargahından Faktinfo.az saytına verilən məlumata görə, qaldırılan məsələlər əsasən binaların kanalizasiya sisteminin təmiri və istilik sisteminin bərpası, blokların işıqlandırılması, məhəllənin abadlaşdırılması və məhəllədə yerləşən ağaclara aqrotexniki qulluğun göstərilməsi, əlilliklə bağlı pensiyaların bərpa edilməsi, vətəndaşların işlə təmin olunması və s. ilə bağlı olub.

Qeyd edək ki, səyyar görüş sonunda sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı seçicilərin diqqətinə çatdırılıb.

Millət vəkili Könül Nurullayeva növbəti səyyar görüşünü keçiribMillət vəkili Könül Nurullayeva növbəti səyyar görüşünü keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi