Millət vəkili Könül Nurullayeva vətəndaşların şikayətlərini dinləyib

Millət vəkili Könül Nurullayeva vətəndaşların şikayətlərini dinləyib 

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Faktinfo.az xəbər verir ki,qəbulda Nizami rayonundan olan seçiciləri, o cümlədən ölkəmizin digər bölgələrindən olan vətəndaşlar ilə müzakirələr aparan K.Nurullayeva, onların dilə gətirdiyi şikayət və problemlərlə yaxından maraqlanıb.
Diqqətinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında aztəminatlı ailələrin qarşılaşdığı çətinliklər, vətəndaşların sosial müavinətin alınması, habelə əlilliyin müəyyən olunması ilə əlaqədar üzləşdiyi problemlər, Vətən müharibəsi veteranının işlə təmin olunması və s. bu kimi məsələlər başlıca yer almışdır.
Millət vəkili Könül Nurullayeva eyni zamanda bildirib ki, qəbulda vətəndaşların səsləndirdiyi bütün müraciətlər qeydiyyata götürülüb və onlar ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Firuddin Oruc

Faktinfo.az

Millət vəkili Könül Nurullayeva vətəndaşların şikayətlərini dinləyibMillət vəkili Könül Nurullayeva vətəndaşların şikayətlərini dinləyibMillət vəkili Könül Nurullayeva vətəndaşların şikayətlərini dinləyibMillət vəkili Könül Nurullayeva vətəndaşların şikayətlərini dinləyibMillət vəkili Könül Nurullayeva vətəndaşların şikayətlərini dinləyibMillət vəkili Könül Nurullayeva vətəndaşların şikayətlərini dinləyibMillət vəkili Könül Nurullayeva vətəndaşların şikayətlərini dinləyib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər