Millət vəkili növbəti vətəndaş qəbulunu keçirdib,sakinlərlə görüşüb

Millət vəkili növbəti vətəndaş qəbulunu keçirdib,sakinlərlə görüşüb - FOTOLAR

Faktinfo.az xəbər verir ki,Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında geniş fikir mübadiləsi aparıb.

Deputat Könül Nurullayeva Nizami rayon sakinləri ilə səyyar görüşlərini də müntəzəm olaraq davam etdirir. Belə ki, millət vəkili K.Nurullayeva Nizami rayonu, Ə.Vəliyev 7 və 9 ünvanlarında yaşayan seçicilərinə baş çəkərək, onların rastlaşdıqları gündəlik problemlərlə yerindəcə tanış olub.

Eyni zamanda, R.Rüstəmov küçəsi 76B və E.Süleymanov 114 ünvanında yerləşən, Birinci Qarabağ müharibəsi qaziləri, veteranlar və şəhid ailələri üçün inşa edilmiş yaşayış binasında sakinlərlə görüş keçirilib. Görüş zamanı Birinci Qarabağ müharibəsi qaziləri Mərdan Şahıyev və Ədalət Gülməmmədov başda olmaqla sakinlərin müraciət və təklifləri, onları narahat edən məsələlər diqqətlə dinlənilib, problemlərin həlli istiqamətində görüləcək işlər və atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

Faktinfo.az-a erilən məlumatda o da bildirilir ki,vətəndaşların görüşlər zamanı deputat Könül Nurullayevaya ünvanladıqları bütün müraciətlər səlahiyyətləri çərçivəsində qeydiyyata götürülüb və ən qısa zamanda aidiyyəti üzrə müvafiq qurumlara göndəriləcək.

Millət vəkili növbəti vətəndaş qəbulunu keçirdib,sakinlərlə görüşübMillət vəkili növbəti vətəndaş qəbulunu keçirdib,sakinlərlə görüşübMillət vəkili növbəti vətəndaş qəbulunu keçirdib,sakinlərlə görüşübMillət vəkili növbəti vətəndaş qəbulunu keçirdib,sakinlərlə görüşübMillət vəkili növbəti vətəndaş qəbulunu keçirdib,sakinlərlə görüşübMillət vəkili növbəti vətəndaş qəbulunu keçirdib,sakinlərlə görüşüb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi