Millət vəkili qəbul keçirdi

Millət vəkili qəbul keçirdi -Könül Nurullayeva tərəfindən vətəndaşların müraciətləri aidiyyəti qurumlara yönləndirildi-Fotolar

Millət vəkili Könül Nurullayeva vətəndaşların müraciətlərini aidiyyəti qurumlara yönləndirdi.

Milli Məclisin deputatı Könül Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinləri, eləcə də Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar ilə Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkə hesabları üzərindən daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.  

Faktinfo.az-a millət vəkilinin Deputat Qərargahından verilən məlumata görə, həftə ərzində ümumilikdə 21 nəfərin müraciəti qeydə alınıb və onlardan 14 nəfər isə canlı keçirilən qəbul zamanı dinlənilib. 

Millət vəkili Könül Nurullayevanın Deputat Qərargahından qəbul iştirakçılarının ən çox səsləndirdiyi məsələlərə də aydınlıq gətirilib. Belə ki, görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında müxtəlif xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın müalicəsi üçün lazımi pul vəsaitinin toplanılmasına yardım edilməsi, qazilərimizin öz müalicələrini xaricdə davam etdirməsi, Vətən müharibəsi iştirakçılarına fəxri fərmanların təqdim olunması, bir neçə şəhid ailəsinin müraciətinə əsasən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidələrin ucaldılması və maddi təminatı aşağı olan ailələrə müəyyən yardımların edilməsi ilə bağlı məsələlər başlıca yer almışdır. Bütün vətəndaşların bu və digər məsələlərlə bağlı müraciətləri qeydiyyata götürülüb. 

Deputat Könül Nurullayeva vətəndaş müraciətlərini ən yaxın zamanda aidiyyatı üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi