Millət vəkili Rafael Cəbrayılovun videosu yayıldı

Millət vəkili Rafael Cəbrayılovun videosu yayıldı - Video

Faktinfo.az xəbər verir ki,millət vəkili Rafael Cəbrayılovun borc qalmaqalı ilə bağlı Yenisabah.az-a video və audio materiallar daxil olub.

Məlumat üçün deyək ki, Rafael Cəbrayılov Təranə Fətəliyeva və Xatirə Nəcəfova adlı vətəndaşlardan toplam olaraq 600 min ABŞ dollar məbləğində borc pul alıb. Millət vəkili borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün III və IV çağırış deputat vəsiqlərini girov qoyub. 

Təranə Fətəliyeva və Xatirə Nəcəfova bildirib ki, sonralar Rafael Cəbrayılov tərəfindən aldadıldıqlarını başa düşüblər. İş məhkəməyə düşüb. Məhkəmə qərarı Rafael Cəbrayılovun əleyhinə olub

Bu məsələ ictimailəşdən sonra millət vəkili əvvəlcə “susuram” desə də, sonradan medianı ona qarşı kampaniya aparmaqda ittiham edib. Şikayətçilər jurnalistlərin hədəfə gəldiyini görüb video və audio materialların da ictimaişləməsinə qərar verib və onları redaksiyamıza təqdim edib. 

Həmin materialları oxucuların diqqətinə çatdırırıq. Onu da diqqətə çatdırmaq istəyirik ki, Yeni Sabah.az bu məsələdə tərəf deyil və Rafael Cəbrayıəlovun da cavab haqqını tanımağa hazırdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi