Milli Kitabxana “Beynəlxalq insan hüquqları günü” adlı virtual sərgi təqdim edib

Milli Kitabxana “Beynəlxalq insan hüquqları günü” adlı virtual sərgi təqdim edib 

1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir.

1950-ci ildən başlayaraq hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.

Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur.

Faktinfo.az xəbər verir ki,bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “Beynəlxalq insan hüquqları günü” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur.

Sərgiyə keçid üçün link: http://anl.az/el/vsb/Beynelxalq_Insan_Huquqlari_gunu/index.htm

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi