Milli Kitabxana "Dövlət Bayrağı Günü" ilə bağlı onlayn sərgini təqdim edib

Milli Kitabxana "Dövlət Bayrağı Günü" ilə bağlı onlayn sərgini təqdim edib 

Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib.

Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Faktinfo.az xəbər verir ki,Dövlət Bayrağı Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən onlayn sərgi hazırlanıb.

 Sərgidə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, bayrağımız haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, fotolar, bayrağın tarixi, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında kitablar və mediada dərc olunan materiallar əks olunub.

Sərgiyə keçid üçün link:

http://anl.az/el/vsb/Dovlet_bayragi_gunu/index.htm

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi