Milli Kitabxana "Epiqrafçı alim Məşədixanım Nemətova – 100" adlı ənənəvi sərgi təqdim edib

Milli Kitabxana "Epiqrafçı alim Məşədixanım Nemətova – 100" adlı ənənəvi sərgi təqdim edib - FOTO

Bu gün tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, "Şöhrət" ordeni ilə təltif olunmuş tanınmış epiqrafçı alim Məşədixanım Nemətovanın anadan olmasının 100 ili tamam olur.

O, 5 yanvar 1924-cü ildə Bakıda dünyaya göz açıb. M.Nemətova 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi əra­zisini gəzərək, ərəb qra­fi­ka­sı­nın çətin oxunan kufi kitabələrini araşdırıb oxu­muş və onların tarixi əhəmiyyətini müəy­yən­ləşdirib. İqtisadi-siyasi, so­sial-mədəni, tarixi, me­mar­lıq, sənətşünaslıq, fi­lologiya, islam fəl­səfəsi – sufizm, to­po­ni­mi­ka, etnoge­nez və s. bu kimi problemlərə dair kül­li miqdarda yeni, bəzən hətta yeganə dəqiq sə­nədlərlə Azərbaycanın tarixşü­naslıq bazasını zən­ginləşdirib.

M.Nemətova elmi fəaliyyətin nəticəsi kimi 12-dən ar­tıq monoqrafiya, 200 elmi məqalə, o cüm­lə­dən, 6 cildlik “Azərbaycanın epiqrafik abi­də­lə­rinin toplu­su” nu nəşr etdirib.

Faktinfo.az-a verilən məlumatda bildirilir ki,bununla bağlı Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Epiqrafçı alim Məşədixanım Nemətova – 100” adlı ənənəvi kitab sərgisi hazırlanıb.

Sərgidə alimin Azərbaycan və rus dillərində əsərləri, redaktoru, rəyçi olduğu əsərlər və elmi məcmuələrdə nəşr olunmuş məqalələri nümayış olunur.

Sərgi 1 həftə davam edəcək.

Milli Kitabxana "Epiqrafçı alim Məşədixanım Nemətova – 100" adlı ənənəvi sərgi təqdim edib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi