Milli Kitabxanada “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nün qeyd olunması 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb.

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və cəmiyyətin diqqətini əsl uşaq problemlərinə yönəltmək məqsədilə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. 1959-cu ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Bəyannaməsində isə uşaqların bütün hüquq və azadlıqları öz əksini tapıb.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da təntənə ilə qeyd edilir. Bu gün bütün dünyada uşaq rəsmlərinin sərgiləri, bayram konsertləri, xeyriyyə tədbirləri, uşaqlıq və gənclik problemlərinə həsr olunmuş “dəyirmi masa”lar keçirilir.

Milli Kitabxanada bu günün təbliği məqsədilə “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan materiallar və kitablar nümayiş olunur. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Usaqlarin_Beynelxalq_Mudafiesi_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə uşaq hüquqları haqqında rəsmi sənədlər, uşaqların hüquq və azadlıqları, dövlət siyasətinin əsas prinsipləri, uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu, təhsili, uşaq və yeniyetmələrlə sosial iş, sosial təhlükəsizlik, uşaq ədəbiyyatı və s. mövzuları əhatə edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi