
Milli Kitabxanada “15 sentyabr - Bilik Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO
Müasir dövrdə dünya arenasında təhsilin əhəmiyyəti və rolu insanların həyatında günü-gündən artır. Cəmiyyətdə təhsil önəmli sahə kimi elmin inkişaf və tərəqqi rəmzinə çevrilib.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Ona görə də hər bir ölkədə təhsilin inkişaf səviyyəsini dövlət diqqət mərkəzində saxlayır. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb, beləliklə, həmin gün “Bilik Günü” elan edilib.
Milli Kitabxanada bu gün münasibətilə “15 sentyabr - Bilik Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə Azərbycanda təhsilin inkişafı və təhsil siyasəti, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu, Milli təhsilin uğurları və hədəfləri, Süni intellekt təhsil prosesində və s. mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar və kitablar təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
https://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə isə Azərbaycanda təhsil tarixi, elm və təhsil siyasəti, Ulu Öndər Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı, Milli təhsil strategiyası, Heydər Əliyev fondunun Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyəti, ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, görkəmli Azərbaycan pedaqoqları və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Faktinfo.az

Bu xəbər üçün şərh yazın